MODUL TİPLİ XƏSTƏXANALAR

XİDMƏTLƏR: Layihələrin idarəolunması, Müştəri təmsilçiliyi

SEKTOR: Səhiyyə

MÜŞTƏRİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi

TƏSVİR:

“METSL Project Management” şirkəti, COVID-19 simptomları olan xəstələrin yerləşdirilməsi və müalicəsi üçün Azərbaycanın ilk modul tipli xəstəxanalarının inşasına ümumi nəzarəti həyata keçirir.

Hər bir xəstəxana üç fərdi moduldan ibarət olmaqla 3000 kvadrat metrlik bir ərazidə quraşdırılır. Mərkəzdə otaqların ümumi sayı 100-dur. Hər bir otaqda iki xəstəni yerləşdirmək mümkündür ki, bununla da müəssisənin tam gücü 200 xəstəni qəbul etməyə imkan verir.

Xəstəxanalar aşağıdakı bölgələrdə yerləşir: Bakı, Saray, Sumqayıt, Bilgəh, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə.