Biz kimik


2009-cu ildə qurulduğu gündən bəri METSL, bir sıra kompleks və yeni layihələr həyata keçirməklə müasir bir konsultasiya mərkəzinə çevrilmişdir. Fərq yaratmaq, müştərilərimiz üçün daha yaxşı iş nəticələri təqdim etmək və inkişaf edən, səmərəli və biomüxtəlif mühitlərin yaradılmasında yüksək həvəsə sahibik. Bizim işə yanaşmağımız çox sadədir. Baş ofisin təyin etdiyi sərt agenda ilə məhdudlaşmırıq, təcrübəmizi, peşəkarlığımızı və “işi yerinə yetirmək” prinsipimizi nümayiş etdirərək güclü və etibarlı bir nüfuz yaratmağa davam edirik. Layihənin mürəkkəbliyindən asılı olmayaraq, Hər bir tapşırığa eyni əhəmiyyət və hörmətlə yanaşır, müstəqil və obyektiv məsləhətlər verir və investisiya proqramlarına başlayan müştərilərin kommersiya maraqlarını qoruyuruq.

 

Hər sektorun və bazarın öz tendensiya və problemləri var. Lakin buna baxmayaraq, nə işlədiyimizdən və ya layihənin harada olmasından asılı olmayaraq, yanaşmamız dəyişməz olaraq qalır: mürəkkəbliyin idarə olunduğuna və müştərilərimizin hədəflərinin təmin olunduğuna əmin olmaq.

 

Hər hansı bir dizayn, inşaat və ya mühəndislik qrupu ilə əlaqəsi olmayan tamamilə müstəqil bir məsləhətçiyik. Bu bizə tam imkan verir ki, istənilən proqramın gedişatının qiymətləndirilməsi, ticarət və layihə rəhbərliyi maraqlarının idarə edilməsi, podratçı razılaşmalarının hazırlanması və ya layihənin bərpası da daxil olmaqla hər bir idarəçilik tapşırığına müştərilərimizin yüksək qiymətləndirdiyi müstəqil düşüncə ilə yanaşmanı təmin edək.

 

Xidmətlərimiz razılaşdırılmış bir ödənişlə həyata keçirilir ; Bununla birlikdə, tarix göstərir ki, sağlam Layihə Rəhbərliyi risklərin azaldılması, daha yaxşı Sağlamlıq və Təhlükəsizlik, artan dizayn performansı və ümumilikdə daha yüksək keyfiyyət standartı ilə layihə dəyəri yaradır. Bu səbəblə, xidmətlərimizlə təmin edilən dəyər xidmətlər üçün formalaşan haqqı üstələyəcəyini əminliklə deyə bilərik.

 

Layihə tərəfdaşlarının hər biri ilə onların baxışlarını, ambisiyalarını bölüşərək və uğurlarında inkişaf edərək iş birliyi ortağı olmağı hədəfləyirik. Ortaqlıqların zamanla tez-tez, açıq dialoq və onların nöqteyi-nəzərindən düşünmək yolu ilə inkişaf etdiyini başa düşürük. Müştərilərimizdən və Tərəfdaşlarımızdan təkrar iş alaraq zəhmətimizə görə mükafatlandırıldığımız üçün minnətdarıq. Müştərilərimizin məqsədləri hər zaman prioritetimizdir – yaxşı nəticələrin göstərilməsi uzunmüddətli bir əlaqəyə gətirib çıxaracağını bilirik və bunu heç vaxt qısa müddətli qazanc üçün qurban verməyəcəyik.

 

Azərbaycanda güclü “yerli bazar” anlayışına sahib olmamız bizi özünəməxsus şəkildə böyüməkdə olan bu iqtisadiyyata daxil olmaq və burada genişlənmək istəyən beynəlxalq şirkətlər üçün etibarlı işbirliyinin yaradılmasında güclü tərəfdaş edir. Bu səbəbdən, bilik və resurslarımızı qarşılıqlı faydalı gəlir əldə etməyə yönəlik əməkdaşlıq axtaran təşkilatlarla bölüşməyə hazırıq.